V “Yüksəliş”də iştirak üçün minə yaxın şəxs qeydiyyatdan keçib
“V “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib”.
TodayPress xəbər verir ki, bu barədə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev beşinci müsabiqə üçün keçirilmiş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2019-2024-cü illərdə 4 müsabiqə keçirilib. Ümumilikdə 53min 410 müraciət daxil olub. 32 min 959 iştirakçıdan 96 qalib qeydə alınıb. Bununla yanaşı 1920000 mükafat verilib.
“5-ci müsabiqənin qeydiyyatının başlamasından bir neçə saat keçməsinə baxmayaq, artıq mindən çox müraciət daxil olub”.
Qeyd edək ki, qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan “yukselish.az” vasitəsilə həyata keçirilir və aprelin 10-a kimi davam edəcək.
Töhfə Səməd
tag: Yüksəliş,Müsabiqə, Fərhad Hacıyev,Qeydiyyat,Todaypress.az,