Uşaqların I sinfə qəbulu prosesi başlayır

Elm və Təhsil

28.04.2025 13:33

8

1 may saat 11:00-dan etibarən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Bu barədə TodayPress-ə MÜTDA-dan məlumat verilib.

Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.

tag: MÜTDA,Şagird,Qəbul,Proses,Todaypress.az,