Təhsil Tələbə Krediti üçün 54 mindən çox müraciət daxil oldu

Elm və Təhsil

16.09.2024 16:30

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günə qədər Təhsil Tələbə Krediti almaq üçün müraciətlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan TodayPress-ə verilən xəbərə görə, tələbə krediti üçün ümumilikdə 54065 nəfər müraciət edib.

Onlardan 41268 nəfərə kredit verilib. 14231 nəfərə sosial, 27037 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib.

Məlumata görə, müraciətlərin 917-si natamam olub, 10267 müraciətə isə imtina verilib.

tag: Təhsil Tələbə Krediti Fondu ,Tələbələr, Müraciət ,Fəaliyyət ,Kredit ,todaypress.az,