Təhsil tarixində ən yüksək göstərici: Ali məktəbə qəbulda rekord qeydə alındı - RƏY

Elm və Təhsil

23.08.2024 15:14

“Tələbələr sadəcə universitetin verdiyi təhsillə kifayətlənməməlidirlər”.  

Təhsil üzrə ekspert Elçin Süleymanov bunu TodayPress-ə açıqlamasında deyib.   

Onun sözlərinə görə, ali təshillilərin sayına görə ölkəmiz MDB ölkələri arasında hələ də ön pillədə deyil:  

“Bu il ölkəmizdə müstəqillik ilindən etibarən ən çox tələbinin universitetə qəbul olunduğu il kimi tarixə düşdü. Bu, müsbət haldır. Çünki ali təhsillilərin çox olduğu cəmiyyət daha proqressiv, daha inkişafa meyillidir. Ölkəmizdə hələ də ali təhsillilərin sayını artırmağa ehtiyac var”. 

Qəbul olanların sayının təxminən yarısı dövlət hesabına təhsil alacaq. Bu da dövlətin qayğısının təzahürüdür. Ekspert hesab edir ki, əsas məqamlardan biri də düzgün ixtisas seçimidir: 

“Rəqbət dövrüdür. Ənənəvi ali təhsil alan, diplom alan hər kəsin  iş sahibi olması utopikdir. Gənclər cəmiyyətin ehtiyaclarına uyğun olaraq özlərini inkişaf etdirməlidirlər. Sadəcə universitetin verdiyi təhsillə kifayətlənməməlidilər. Son hesablamalara görə, hazırkı ixtisasların haradasa  25-30 faizi yaxın 10 ildə öz aktuallığını itirəcək. Ona görə təhsildən çox bacarıqlara önəm verilməldir”.  

Ekspertin qənaətincə, tələbələr özlərini təkmilləşdirməyə fokuslansalar və hər şeyi universitetdən gözləməsələr, o zaman tələbə sayındakı artımın təhsil səviyyəsinə heç bir mənfi təsiri olmayacaq. 

Qeyd edək ki, bu il 5 min 656 nəfər Azərbaycan Universitetlərinə qəbul olub. Bu, Azərbaycan təhsil tarixində ən yüksək göstəricidir.

Günəş Mərd

tag: Təhsil, Elm,Tələbələr, Azərbaycan, Universitetlər, todaypress.az,

photo