Təhsil nazirindən direktorlara SƏRT SÖZLƏR

Elm və Təhsil

10.09.2024 13:00

“Bəzi məktəb direktorlarının qəbuluna düşmək mənim, qəbuluma düşməkdən daha çətindir”.

TodayPress xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında bildirib.  

O, belə hallarla əlaqədar direktorlara çağırış edib: 

"İstəyərdim ki, bu cür halları müzakirə edək. Necə edə bilərik ki, bu prosesi yaxşılaşdıraq?!".

Nazir çıxışı zamanı ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə əmrdə nəzərdə tutulan məsələlərin həllinin zəruriliyini diqqətə çatdırıb.

Konfrans panel müzakirələrlə davam edib.

tag: Direktor ,Nazirlik, Təhsil, Konfrans,Emin Əmrullayev ,todaypress.az,