Təhsil naziri işğaldan azad edilmiş ərazilərdə işə qəbulla bağlı danışdı
Elm və Təhsil
14.10.2024 15:55
“15 il bundan əvvələ nəzər salsaq, görərik ki, indi ali təhsil alan şəxslərin sayı 2 dəfə artıb”.
TodayPress xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda ali təhsil alan şəxslərin yarıdan çoxu təqaüd alır:
“Xarici ölkələrdə təhsil proqramı isə azərbaycanlı gənclərin xaricə çıxışı və orada öyrəndiklərini Azərbaycanda tətbiq etməsi üçün böyük bir işdir. Təkcə bu il 500 nəfər bu təqaüdü əldə edib. 150 nəfərdən artıq təqaüdçü isə dünyanın 10 ən yaxşı universitetində təhsil alma imkanı əldə edib. Həmin gənclərin dövlət qurumlarında, işğaldan azad edilmiş ərazilərdə işə qəbulunu təmin etmək prioritet məsələlərdəndir”.
Töhfə Səməd
tag: Təhsil Naziri ,Emin Əmrullayev ,Gənclər ,Təqaüd, Azərbaycan ,todaypress.az,