Təhsil müəssisələri distant təhsilə keçir - Buna hazırıq? - Ekspert rəyi

Elm və Təhsil

02.08.2024 12:28

“COVID-19 pandemiyası zamanı distant təhsillə bağlı kifayət qədər təcrübə əldə etmişik”.

Bunu təhsil eksperti Elçin Süleymanov Nazirlər Kabinetinin COP29 tədbiri ilə əlaqədər bir sıra təhsil müəssisələrində distant təhsilin tətbiqi ilə bağlı qərarını TodayPress-ə dəyərləndirərkən bildirib. 

Onun sözlərinə görə, həmin dönəmdə ölkəmizə xeyli sayda qonaq gələcək ona görə bir sıra əraziləri boşaltmaq düzgün strategiyadır: 

“COP29-la bağlı ölkəmizə 80-100 min qonağın gəlməsi proqnozlaşdırılır. Dolayısı ilə bu qədər böyük bir iştirakçı sayına görə nəqliyyatın, müəyyən ərazilərin boşaldılması lazımdır. İndi sadəcə iki həftə ərzində Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələri üzrə distant təhsil formasına keçiləcək. Bizim COVID-19 pandemiyası vaxtından distant təhsillə bağlı xeyli təcrübəmiz var. O dönəm ölkəmizdə bir ilə yaxın distant təhsil tətbiq olundu. İndiki nəzərdə tutulan iki həftə ona görə ciddi problem yaratmayacaq”. 

Ekspert düşünür ki, distant  təhsilə keçidlə bağlı qərar təhsil proqramına ciddi mənfi təsir etməyəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən peşə, orta ixtisas və ali təhsil pillələri üzrə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək.

Günəş Mərd

tag: Distant Təhsil, Elm, Azərbaycan,Elçin Süleymanov, COP29,TODAYPRESS.AZ,

photo