“Təəssüf ki, bizdə bu sahədə boşluq var” - Fazil Mustafa Azərbaycan dilinin problemlərindən danışdı
Elm və Təhsil
01.08.2024 14:14
"Bizim dilimizin kifayət qədər problemləri var".
Millət vəkili Fazil Mustafa bunu TodayPress-ə açıqlamasında deyib. O, Azərbaycan dilinin mövcud problemlərindən söz açdı:
"Dilin çoxşaxəli olması diqqətçəkən məqamlardandır. Lakin fəlsəfə dili, texnika dili sahəsində Azərbaycan dilində xeyli kasadlıqlar var. Bu da mətnin inkişaf etməməsi ilə bağlıdır. Düşüncə adamları yetərincə deyil. Dil mətn, ədəbiyyat inkişaf etdikcə inkişaf edir. Təəssüf ki, bizdə bu sahədə boşluq var".
Onun sözlərinə görə, Azərbaycan dilinin hazırkı vəziyyəti qənaətbəxşdir:
"Biz sadəcə yeni bir dövrün tələblərinə uyğun olaraq söz axını qarşısında bu dili qorumaq barədə düşünməliyik. Çünki bu bizim üçün həyati əhəmiyyət kəsb edir. Xoşbəxtik ki, dövlətimiz var və dövlətimiz bu dilin qorunması üçün qanunvericilik istiqamətində konkret qəti addımlar atır".
Qeyd edək ki, avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Günəş Mərd
tag: Azərbaycan, Ana Dili, Fazil Mustafa, Problemlər,Əlifba,todaypress.az,