Səs yazısı yayılan direktor vəzifəsindən azad edildi – RƏSMİ

Elm və Təhsil

03.03.2025 20:54

1313

Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktoru Lamiyə İlhamsoyun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.

TodayPress xəbər verir ki, bu haqda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.

Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.

Xatırladaq ki, martın 2-də Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səs yazısı yayılıb. Direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib.

Qiymət Mahir

tag: Səs Yazısı, Məktəb, Direktor, Vəzifə, İşdən Azad , MÜTDA, 231 Nömrəli Məktəb, todaypress.az,