Sertifikasiyadan keçə bilməyən müəllimin tələbi rədd edildi

Elm və Təhsil

04.04.2025 12:15

1738

Sertifikasiya prosesində uğur qazana bilmədiyi üçün əmək müqaviləsinə xitam verilmiş, Laçın rayon 9 nömrəli tam orta məktəbinin keçmiş Azərbaycan dili və ədəbiyyat müəllimi Qədirova Şəlalə Kərim qızı imtahanın nəticələri ilə razılaşmayaraq məhkəməyə müraciət edib.

Bu barədə TodayPress-ə MÜTDA-dan məlumat verilib. 

O, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “31 avqust 2023-cü il tarixində keçirilmiş sertifikatlaşdırma imtahanının və 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanının nəticələrinin iddiaçıya aid hissədə ləğv edilməsi” tələbi ilə Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb.

Məhkəmənin qətnaməsi ilə onun iddiası təmin olunmayıb.

tag: Müəllim,Sertifikasiya,Məhkəmə,Rədd,Todaypress.az,