Sertifikasiya imtahanında hansı müəllimlərin iştirak edə bilməyəcəyi açıqlandı
Hamilələr, üç yaşa qədər uşağı olduğu üçün sosial məzuniyyətdən
qayıtdıqdan sonra bir illik pedaqoji fəaliyyətini tamamlamış müəllimlər,
müddətli əsaslarla işləyənlər, çalışma yaş həddinə çatmış müəllimlər və indiyə
qədər üç dəfə sertifikasiyadan keçmiş müəllimlər növbəti sertifikasiya imtahanlarında
iştirak edə bilməzlər.
TodayPress xəbər verir ki, bunu Təhsil Institutunun şöbə müdiri Muxtar Hacıyev deyib.
O qeyd edib ki,
60 yaşdan yuxarı müəllimlər üçün sertifikasiya imtahanı könüllüdür.
"Üç illik
pedaqoji fəaliyyətini tamamlamış və çalışma yaş həddinə çatmamış bütün
müəllimlər sertifikasiya imtahanından keçəcəklər" o bildirib.
Xatırladaq ki,
növbəti sertifikasiya imtahanları kimya, biologiya, coğrafiya, fizika və
informatika müəllimlərini əhatə edəcək.
tag: Müəllim, Sertifikasiya, Kimya, Biologiya,Təhsil,todaypress.az,