Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Elm və Təhsil
08.08.2024 14:48
Bu gün 2024–2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.
Bu barədə TodayPress-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, proses sy.edu.az sistemi üzərindən həyata keçiriləcək. Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.
Ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat ictimaiyyətə öncədən elan ediləcək.
tag: Təhsil,Şagirdlər, Elektron, Məktəb, Yerdəyişmə, todaypress.az,