Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

Elm və Təhsil

07.05.2025 17:51

17

17 və 18 may tarixlərində ölkə üzrə IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək. 

Bu barədə TodayPress-ə MÜTDA-dan məlumat verilib.

Monitorinqə hazırlıq mərhələsinin şəffaf və fasiləsiz təşkili məqsədilə 8 may saat 17:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır.

Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək.

tag: MÜTDA,Şagird,Qəbul,Proses,Todaypress.az,