Sabiq nazir: “Allah eləməsin bir də təhsil naziri olum” - MÜSAHİBƏ - VİDEO

Elm və Təhsil

15.04.2025 13:16

166

“Allah eləməsin mən bir də təhsil naziri olum”. 

Sabiq təhsil naziri, türkoloq, filologioya elmləri doktoru, professor Firudin Cəlilov bunu TodayPress-ə müsahibəsində deyib. 

“Bir dəfə olmuşam o zaman gördüyüm işlərin bəhrəsini görənlərdən bir dəfə də “sağ ol” eşitməmişəm. O vaxt müəllimlərin maaşını 3 dəfəyə qədər qaldırmışdım. Onları kommunal xərclərdən azad etmişdim. Təklif etmişdim ki, mənzillərin özəlləşdirməsi haqqında qanun ilk dəfə  müəllimlərə şamil edilsin. Müəllimlər üçün daha nələr eləmədim ki...Bir yerdə eşitdiniz ki, Firudin bəy, çox sağ olsun, bu qədər iş görüb desinlər?!” deyə professor əlavə edib. 

tag: Firudin Cəlilov,Professor,Təhsil Naziri,Müəllim,todaypress.az,