“Sabahın alimləri”nin qalibi beynəlxalq sərgidə iştirak edəcək

Elm və Təhsil

12.03.2025 13:27

2581

“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsində qalib layihə Amerikada keçiriləcək beynəlxalq sərgidə Azərbaycanı təmsil edəcək”.

TodayPress xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin açılış mərasimində bildirib.

Onun sözlərinə görə, indiyədək layihə ilə bağlı ,ümumilikdə, 654 müraciət olunub: "Onlardan 138-i layihə finalda iştirak etmək şansı qazanıb. 138 layihədən 110-u qrup şəkildə, 28-i isə fərdi şəkildə hazırlanıb. Ötən ilə nisbətdə bu il finala vəsiqə qazananlar arasında artım müşahidə olunub. Layihələr 9 müxtəlif istiqamətlərdə təşkil edilib".     

Fuad Qarayev müsabiqənin üç mərhələdə baş tutacağını deyib. Birinci mərhələdə şagirdlər öz layihələrini təqdim edəcəklər, ikinci mərhələdə elmi-ekspertiza komitəsi ilkin qiymətləndirmə aparacaq. Sonuncu mərhələdə isə yekun qiymətləndirilmə nəticəsində qaliblər müəyyən ediləcək.

Qeyd edək ki, müsabiqə 9-11- ci sinif şagirdləri arasında keçirilir.

Türkan İsgəndərli

tag: Sabahın alimləri,Amerika,Fuad Qarayev , Layihə,Todaypress.az,