Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək
Elm və Təhsil
04.08.2024 10:15
Bu gün Bakı və
Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.
TodayPress xəbər
verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki,
imtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunub və saat
10:00-da başlayıb. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.
İmtahanın
başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır.
Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Namizədlər
"İmtahana buraxılış vərəqəsi"ni keçidə daxil olaraq çap edə bilərlər.
Namizəd
imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana
buraxılış vərəqəsi"ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər
hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana
buraxılmayacaq.
Kütləviliyin
qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif
daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində
həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd
olunan vaxtda gəlmək lazımdır.
Məlumat üçün
bildiririk ki, imtahanın II mərhələsində iştirak etmək üçün 894 namizəd
qeydiyyatdan keçib. Onlardan 335 nəfəri oğlan, 559 nəfəri qızdır. 712 namizəd
Azərbaycan bölməsinin, 182 namizəd rus bölməsinin, 318 namizəd cari ilin, 576
namizəd isə əvvəlki illərin məzunudur. 5 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində
864, Naxçıvan şəhərində isə 30 namizədin imtahan verəcəyi gözlənilir.
İmtahanın idarə
olunması üçün 5 ümumi imtahan rəhbəri, 59 imtahan rəhbəri, 76 zal nəzarətçisi,
12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
Qeyd edək ki,
bu mərhələdə iştirak edəcək 894 nəfərdən 655 nəfəri ötən illərdəki imtahan nəticəsinə
görə, 239 nəfər isə builki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri
üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.
tag: DİM,İmtahan,Rezidentura,Qəbul,todaypress.az,