Regional təhsil idarələrinə yeni müdirlər təyin olundu

Elm və Təhsil

21.04.2025 10:43

11

Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub. 

Bu barədə TodayPress-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Elm və təhsil nazirinin müvafiq əmri ilə Ramin Abbasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Həmid Qasımov Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Bəhruz Nəbili Mil-Muğan Regional Təhsil İdarəsinin, Vüqar Dadaşov Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Rəşad Musayev Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin ediliblər.

tag: MÜTDA,Elm,Təhsil,Təyinat,Todaypress.az,

photo