Qiyabi təhsil alanlara Təhsil Tələbə Krediti veriləcək? - AÇIQLANDI
Elm və Təhsil
20.12.2024 11:50
"Qiyabi təhsillə bağlı keçirdiyimiz görüşlərdə bu istiqamətdə bir sıra təkliflər ünvanlanır. Bu təkliflər monitorinqlərlə təhlil edilir. Onlardan biri də qiyabi təhsil alanlara Təhsil Tələbə Kreditinin verilməsi ilə bağlıdır".
TodayPress xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə heyətin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov bildirib.
Onun sözlərinə görə, TTK-inin yeni kateqoriyalara şamil edilməsi əlavə maliyyə yükü deməkdir:
"Hazırda dövlət siyasətinin əsası əyani təhsilə yönəlib. Qiyabi təhsilin azaldılması üçün tədbirlər görülür. Bu barədə yeni bir qərar yoxdur. Gələcəkdə bu istiqamətdə qərar qəbul olunarsa, açıqlanacaq".
Qeyd edək ki, tədbirdə media nümayəndələrinin sualları cavablandırılıb.
Günəş Mərd
tag: Tələbə, Kredit ,Fond, Sədr, Bəhruz Əzimov, todaypress.az,