Qəbul imtahanı üçün ən çox müraciət olunan ixtisas qrupu açıqlandı

Elm və Təhsil

30.04.2025 13:55

16

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat davam edir.

TodayPress xəbər verir ki, bu saata qədər 130 mindən çox abituriyent qeydiyyatdan keçib.

Ən çox müraciət I ixtisas qrupunadır, belə ki, 29321 nəfər qeydiyyatdan keçib.

II qrup üzrə 24113 nəfər, III qrup üzrə 26541, IV qrup üzrə isə 6268 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, qeydiyyat mayın 1-də saat 23:59-da başa çatacaq.

Elektron ərizəsi təsdiq olunmayan abituriyentlər müsabiqəyə buraxılmırlar.

tag: DİM,İmtahan,İxtisas,Qrup,Todaypress.az,