Qazaxıstanlı tələbələr Azərbaycan universitetlərində təhsil ala biləcək
Elm və Təhsil
22.07.2024 23:15
İki ölkənin müvafiq qurumları
arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş çərçivəsində Azərbaycan
hökuməti Qazaxıstan vətəndaşlarına 2024/2025-ci tədris ilinə 10 qrant təklif
edib.
TodayPress Qazaxıstan
Respublikasının Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər
verir ki, təhsil Azərbaycan və ingilis dillərində aparılacaq. Tədris dili və ya
ixtisas üzrə biliyi kifayət qədər olmayan tələbələr üçün hazırlıq kursları təşkil
olunur.
Qrant pulsuz təhsil, aylıq təqaüd
və tibbi sığortanı ehtiva edir.
Qalan xərclər, o cümlədən nəqliyyat xərcləri, qrant sahibi özü tərəfindən ödənilir.
tag: Qazaxıstan, Azərbaycan,2024/2025, Təhsil, todaypress.az,