Qarlı hava məktəblərdə davamiyyətə təsir edib? - RƏSMİ AÇIQLAMA

Elm və Təhsil

21.02.2025 11:20

1737

Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyətində əvvəlki günlərlə müqayisədə ciddi azalma müşahidə edilmir və təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.   

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən TodayPress-in sorğusuna cavab olaraq bildirilib.  

“Müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik” məlumatda deyilir.

Qiymət Mahir

tag: Məktəbəqədər,MÜTDA,Qış,Qar,Hava,Todaypress.az,