Qarabağ Universitetinin 3 fakültəsinə dekan vakansiyası elan olunur

Elm və Təhsil

03.06.2024 13:37

Qarabağ Universitetində Mühəndislik, İqtisadiyyat və Turizm fakültələrinə dekan vəzifələri üzrə vakansiyalar elan edilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən TodayPress-ə verilən xəbərə görə, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (sahəsi üzrə) fakültə dekanı” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiyalar üzrə son müraciət tarixi 15 iyun 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: https://t.ly/0t4h5

tag: Qarabağ Universiteti ,Mühəndislik ,İqtisadiyyat ,Turizm ,Təhsil ,todaypress.az,