Qarabağ Universitetində Tibb fakültəsi üzrə neçə plan yeri ayrılacaq - RƏSMİ

Elm və Təhsil

07.02.2025 17:10

2980

"2025/2026-cı tədris ilində Qarabağ Universitetinə 1500 nəfər tələbənin qəbulu planlaşdırılır". 

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Qeyd edilib ki, Qarabağ Universitetini seçən tələbələr növbəti il də ödənişsiz əsaslarla təhsil almaq imkanı əldə edəcəklər: 

"Eyni zamanda, universitetimizə qəbul olunan tələbələr universitet tərəfindən ayrılmış xüsusi yataqxanalarda yerləşdiriləcək. İxtisaslar üzrə ayrılacaq yer sayı barədə dəqiq məlumat tələbə qəbulu zamanı ictimaiyyətə açıqlanacaq". 

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən birifinqdə bu ilin sentyabr ayından Qarabağ Universitetinin Klinikası və Tibb fakültəsinin fəaliyyətə başlayacağını deyib. Onun sözlərinə görə, 1500 nəfərlik plan yerindən neçəsinin Tibb fakültəsi üzrə ayrılacağı dəqiqləşdirilməyib. 

Töhfə Səməd

tag: Qarabağ,Universitet,Tibb fakültəsi,Emin Əmrullayev,Todaypress.az,