Psixoloqların işə qəbulu imtahanı təxirə salındı
Martın 1-də Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq
vəzifəsinə işə qəbul üzrə müsabiqənin II mərhələsi (test imtahanı) paytaxtda
müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.
TodayPress xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə
Təhsil İdarəsi sosial şəbəkədə məlumat yayıb.
İmtahanın keçiriləcəyi yeni tarixlə bağlı əlavə məlumat
veriləcək.
Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil
müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II (test
imtahanı) mərhələsinin təxirə salınması ilə bağlı namizədlərin qeydiyyatdan
keçdiyi mobil telefon nömrəsinə SMS göndərilib.
tag: Psixoloq, İmtahan, Təxirə Düşdü, Təhsil, Hava, BŞTİ, todaypress.az,