Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirildi
Elm və Təhsil
20.10.2024 14:51
Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.
TodayPress xəbər verir ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunub.
İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 131 nəzarətçi, 17 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 5 həftə ərzində elan olunacaq.
tag: İmtahan,Bakı,Mühasib,Cavab,Todaypress.az,