On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazandı
Salyan rayon sakini
Aylin Babayeva ABŞ-nin Boston şəhərində riyaziyyat fənni üzrə olimpiadaya
vəsiqə qazanıb.
TodayPress xəbər verir ki, Aylin bundan əvvəl riyaziyyat
fənni üzrə yerli və beynəlxalq olimpiadalarda uğurlara imza atıb.
O, rayonun Çuxanlı kəndində yaşayır, Salyan şəhər tam
orta məktəbin 5-ci sinfində oxuyur.
“Dördüncü sinifdən yerli və beynəlxalq olimpiadalarda
iştirak edirəm. Gümüş medallara layiq görülmüşəm. Sonralar mütəmadi olaraq
yarışlara qatıldım”, - A.Babayeva bildirib.
Hazırda on bir yaşlı məktəbli 44 qızıl, 4 gümüş, 2 bürünc
medala sahibdir. Bir neçə kuboka sahib çıxmaqla bərabər, 300-ə yaxın sertifikat
və diplomla mükafatlandırılıb.
O, sonuncu dəfə ötən ilin dekabrın 27-də Bakıda keçirilən
MathXCELvə CogATXCEL adlı beynəlxalq olimpiadaya qatılıb. 44 ölkə arasında
keçirilən olimpiadada 96 mümkün baldan 89 bal toplayaraq gümüş medala layiq
görülüb və okeanın o tayında finalda iştirak etmək hüququ qazanıb.
A.Babayeva ABŞ-dən sonra iyulda Sinqapurda keçiriləcək
riyaziyyat fənni üzrə olimpiadaya hazırlaşır.
tag: Salyan, ABŞ, Olimpiada, Qızıl, Gümüş, Medal, Aylin Babayeva, todaypress.az,