Nazir: “Şagirdlərin milli kimlikdən əla qiymət almasını hədəfləməliyik”

Elm və Təhsil

13.05.2025 11:49

25

“Ən yaxşı təqdimat” müsabiqəsi milli irsi öyrənmək baxımından ciddi ideoloji müsabiqədir. Burada bilik vacibdir, amma unutmamalıyıq ki, təhsilin əsas vəzifəsi milli kimliyi formalaşdırmaqdır”.

TodayPress xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Nazirin sözlərinə görə, əsas hədəf hər zaman milli kimliyin formalaşdırılması olmalıdır:

“Sinifdə 2-3 alan şagird də ola bilər. Bilik və bacarığa verilən qiymətdən asılı olmayaraq, bütün şagirdlərin milli kimlik baxımından əla qiymət almasını hədəfləməliyik. Azərbaycanlı kimliyini unutmayan nəsil yetişdirməliyik”. 

E. Əmrullayev sonda müsabiqənin qaliblərinin növbəti illərdə müxtəlif sahələrdə öz sözünü deyən mütəxəssislər olacağına əminliyini ifadə edib. 

Qiymət Mahir

tag: Emin Əmrullayev,Elm ,Təhsil,Şagird,Todaypress.az,