Nazir: “Qarabağ Universitetində 1500 tələbənin qəbulu nəzərdə tutulub”

Elm və Təhsil

06.02.2025 15:38

3014

“Qarabağ Universitetində 2025-2026-cı tədris ili üçün 1500 tələbənin qəbulu nəzərdə tutulub”. 

TodayPress xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. 

Onun sözlərinə görə, əsas hədəflərdən biri ali təhsil pilləsinin hər 3 səviyyəsi (bakalavriat, magistratura və doktorantura) üzrə 10 min təhsilalanın və tədqiqatçının təxminən 10-12 fakültədə fəaliyyat göstərməsidir.

Həmçinin universitetdə tibb fakültəsinin açılması da əsas hədəf olaraq seçilib.   

Töhfə Səməd

tag: Təhsil,Elm ,Nazir,İmtahan,Todaypress.az,