MÜTDA-nın direktoru “Son zəng” tədbirləri ilə bağlı XƏBƏRDARLIQ etdi

Elm və Təhsil

13.05.2025 13:07

35

 “207 nömrəli məktəbin direktoru əmək funksiyalarının icrasında pozuntulara yol verdiyi üçün tutduğu vəzifədən kənarlaşdırılıb”.

TodayPress xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib. 

“Son zəng” tədbirlərinin keçirilməsi ilə bağlı MÜTDA-nın təlimatı var. Müəssisə rəhbərləri, məktəb direktorlarının təlimata əməl etməyi tövsiyə yox, tapşırıqdır. Bütün müəssisələrə çağırış edirik.

Məktəblərdə “Son zəng” tədbirinin keçirilməsi üçün nümunəvi ssenari və protokol göndərilib. Protokoldan kənara çıxmaq düzgün deyil.

“Son zəng” tədbirlərinin təmtəraqlı, müəllim və valideyn kollektivinə əlavə maliyyə yükü yaradan şəkildə keçirilməsini doğru hesab etmirik”.

Qiymət Mahir

tag: MÜTDA,Direktor,Son Zəng,Xəbərdarlıq,Todaypress.az,