Musiqi üzrə elektron formada test imtahanı baş tutdu

Elm və Təhsil

04.08.2024 12:45

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusu və Naxçıvan Dövlət Universitetində elektron formada 18, 20, 24, 27, 29, 30, 73 və 75-ci komissiyaya aid musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirilib.

TodayPress xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

İmtahanda Bakıda 154, Naxçıvanda 6 abituriyent olmaqla, ümumilikdə 160 abituriyent iştirak edib.

Abituriyentlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək. Bakıda keçirilən imtahanda 133, Naxçıvanda isə 4 nəfər müvəffəqiyyət əldə edib.

tag: İmtahan,Musiqi,Test,Elektron,DİM,Qəbul,todaypress.az,