Millət vəkili: "Yerli universitetləri inkişaf etdirməliyik"

Elm və Təhsil

12.03.2025 14:09

2019

"Gənclər arasında rəqabət mühitinin yaradılması onların potensialını üzə çıxarmasına kömək edir".   

TodayPress xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin açılış mərasimində bildirib.

"Bəzi gənclərimiz utanır, sıxılır deyə bacarıqlarını ortaya çıxara bilmir, amma o qədər də potensialı olmayan gənclər özünü çox gözəl formada təqdim edə bilir. Bu baxımdan, gənclərimizin istedadının üzə çıxarılması vacibdir".   

Deputat qəbul imtahanlarında yüksək bal toplayan gənclərin xarici universitetlərə üstünlük verməsinə diqqət çəkərək, Azərbaycanın ali təhsil müəssisələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. 

Türkan İsgəndərli

tag: Ceyhun Məmmədov , Layihə, XIV Respublika,Deputat,Todaypress.az,