Məleykə Abbaszadə AYB üzvlərini dil imtahanlarından keçməyə çağırdı

Elm və Təhsil

17.03.2025 16:00

2448

"DİM olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə, müəllimlərə, elm adamlarına müraciət etmək istəyirik ki, bu imtahandan keçsinlər".

TodayPress xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxış edərkən deyib.

"Azərbaycan dili üzrə bu imtahanlardan keçən şəxslərin dili hansı səviyyədə (A1, A2, B1 və s.) bildikləri məlum olacaq. Əlimizdə ilkin data olması üçün bizim ilkin olaraq 2000 nəfərin nəticəsinə ehtiyacımız var".

(APA)

tag: DİM,Məleykə Abbaszadə,AYB,İmtahan,Todaypress.az,