Məktəblərdə qış tətili başa çatır
Bu gün məktəblərdə qış tətili bitib.
TodayPress xəbər verir ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayıb.
Tətil 27-31 yanvar tarixlərini (5 gün) əhatə edib. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Qeyd edək ki, 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində 3 fevral 2025-ci il tətildən sonra ilk dərs günüdür.
tag: Məktəb,Tətil,Qış,Qərar,Təhsil,Todaypress.az,