Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

Elm və Təhsil

19.03.2025 11:53

2614

Aprelin 1-i saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.

Bu barədə TodayPress-ə MÜTDA-dan məlumat verilib. 

Qeyd edək ki, 25 fevraldan 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib.

Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir. 

Şagirdlərin yerdəyişməsi sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

tag: MÜTDA,Şagird,Şagirdlər, Yerdəyişmə, Proses, Valideynlər, todaypress.az,

photo