Magistraturaya qəbul imtahanının II cəhdinə qeydiyyatbaşa çatır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 1-dən başlanıb və bu gün saat 23:59-dək davam edəcək.
Bu barədə TodayPress-ə DİM-dən məlumat verilib.
Bu gün saat 09:00-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 15760, rus bölməsi üzrə isə 1244 nəfər olmaqla, ümumlikdə 17004 bakalavr ərizəsini təsdiq edib.
Bakalavrlar imtahanın ikinci cəhdinə iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına tələb olunan məbləği əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla qeydiyyatdan keçirlər.
Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə bu internet səhifəsində tanış olmaq mümkündür.
Qeyd edək ki, imtahan 2025-ci il mayın 11-də keçiriləcək.
tag: DİM,İmtahan,Qəbul,Buraxılış,Dövlət,Qulluq,todaypress.az,