Kolleclərə sənəd verənlərin sayı açıqlandı - RƏSMİ
Elm və Təhsil
05.08.2024 10:56
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, bu gün 10:40-a olan məlumata əsasən, artıq 13 min 369 namizəd ərizəsini təsdiq edib.
Onlardan 13004-ü Azərbaycan, 365-i isə rus bölməsində təhsil alanlardır.
Qeyd edək ki, ixtisas seçimi iyulun 26-dan avqustun 5-i saat 23:59-dək internet vasitəsilə aparılacaq.
Töhfə Səməd
tag: Kollec, Sənədlər, Azərbaycan, İxtisas, Təhsil, todaypress.az,