Kolleclərə qeydiyyat prosesinə start verildi

Elm və Təhsil

10.09.2024 15:45

Sentyabrın 10-dan etibarən ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə başlanılıb.

TodayPress xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəbul olunan şəxslər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsil alan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeyd edək ki, elektron sistem üzrə son qeydiyyat tarixi 17 sentyabr saat 18:00-dır.

tag: Kollec ,Qeydiyyat ,Elm, Təhsil, Müəssisə, Elektron Sistem, todaypress.az,