Kamran Əsədov: “Öz villasını təhsilə verə bilən neçə adam var?”
“Hazırda təhsil sistemində istədiyimizi görə bilmirik”.
TodayPress xəbər verir ki, bunu Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov AzEdu.az Təhsil Portalının təşkilatçılığı ilə keçirilən "Firidun bəy Köçərli" adına mükafatın təqdimat mərasimində deyib.
O qeyd edib ki, Azərbaycanda təhsilin Firudun bəy Köçərliyə ehtiyacı var:
“İndi təhsil deyəndə hamının ağlına birinci Dövlət İmtahan Mərkəzi gəlir. Bu, doğru yanaşma deyil. Biz təhsil sistemində dəyəri formalaşdırmalıyıq. Firudun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilova təhsil üçün təmannasız ev bağışlamışdı. Bu gün həmin bina – Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. Hazırda Azərbaycanda öz obyektini, villasını təhsilə verə bilən adam görə bilərsiniz? Bakıda bir neçə universitet var ki, binası istifadə olunmur. Biz bir universitet yaratmalıyıq, çünki yeni müəllim modelinə ehtiyacımız var”.
Qiymət Mahir
tag: Firudun bəy Köçərli,Təhsil,Dövlət İmtahan Mərkəzi ,ADA Universiteti,Kamran Əsədov,Todaypress.az,