Kağız jurnal ləğv olunacaq
Növbəti tədris ilində kağız jurnal ləğv olunacaq.
TodayPress xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.
Onun sözlərinə görə, Bakı şəhərində 324 təhsil müəssisəsinə “Rəqəmsal Məktəb” platformasına keçid edəcək:
"Həmin məktəblərin daxilində 500 mindən çox şagird, 30 mindən çox işçi mövcuddur. Valideynlər platformaya daxil olaraq övladlarının hansı məktəbdə təhsil aldığına və günlük dərs cədvəlinə nəzarət edə biləcək. Ümumiyyətlə, təhsil sisteminin rəqəmsallaşması sürətlə davam edir. Növbəti tədris ilində məktəblərdə jurnallar onlayn platformada olacaq".
Töhfə Səməd
tag: Jurnal,Emin Əmrullayev,Brifinq,Bakı,Todaypress.az,