Kadr hazırlığında mühüm addım: Qarabağda tibb dirçələcək!

Elm və Təhsil

12.05.2025 17:35

140

Bu ildən etibarən Qarabağ universitetində tibb ixtisası üzrə qəbul aparılacaq. 

Təhsil eksperti Elmin Nuri bu barədə TodayPress-ə danışarkən bildirib ki, Qarabağda artıq tibb ixtisası üçün xüsusi klinika inşa edilib və təhsil müasir avadanlıqlarla təmin olunub:   

“Qarabağ Universiteti tibb sahəsində də nəzəri və praktiki baza ilə təmin olunub. Bu ixtisasın açılması abituriyentlər üçün yeni seçim imkanları yaradacaq. Əvvəllər yalnız Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət Universitetində bu sahədə yüklənmə var idi”.

Ekspert əlavə edib ki, gələcəkdə Qarabağ Universitetində Tibb fakültəsi üçün müasir laboratoriyalar, diaqnostika mərkəzləri, simulyasiya otaqları, eləcə də tələbələr üçün rezidentura və təcrübə proqramları planlaşdırıla bilər:

"Bu gün təməli qoyulan baza gələcəkdə region üçün tibbi kadr hazırlığında mühüm rol oynayacaq. Tibb tələbələri üçün tədrislə yanaşı, praktiki bacarıqların formalaşmasına xidmət edən mərkəzlər, klinik tədris blokları, anatomiya və biologiya laboratoriyaları, həmçinin sahəvi praktikaların yerli xəstəxanalarda təşkili Qarabağ Universitetini bu sahədə də lider edə bilər"

Elmin Nuri vurğulayıb. Qeyd edək ki, bu ilin sentyabr ayından Qarabağ Universitetinin Klinikası və Tibb fakültəsi fəaliyyətə başlayacaq.

Türkan İsgəndərli

tag: Elmin Nuri,Ekspert,Qarabağ,Tibb,Todaypress.az,

photo