İtaliyanın Azərbaycandakı səfiri ölkələr arasındakı əlaqələrdən danışdı
"İtaliya-Azərbaycan Universiteti ölkələr arasındakı əlaqələri sürətlə inkişaf etdirir".
TodayPress xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko ADA Universitetinin Şəkidə açılan Dizayn və memarlıq fakültəsi ilə əlaqədar konfransda deyib.
"Proqramın ilk məzunu olan tələbələri təbrik edirəm. Yaradıcı planlar ölkələr arasındakı əlaqələrin inkişafında mühüm rol oynayır"deyə o, əlavə edib.
Günəş Mərd
tag: İtaliya ,Azərbaycan ,ADA ,Şəki ,Təhsil ,todaypress.az,