İş yerini dəyişən müəllimlərin vakansiya seçimi başladı

Elm və Təhsil

29.04.2025 13:15

14

Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir. 

TodayPress xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, müsabiqə üzrə vakansiya seçimi 5 may saat 13:00-dək davam edəcək.

Müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər. 

Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmağı və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik.

tag: Müəllim,İş Yeri,Vakansiya,Proses,Todaypress.az,