İqrar Nəzərov: "Qızların peşə sahələrində aktivliyini artırmaq üçün layihələr həyata keçirilir"

Elm və Təhsil

11.02.2025 10:46

2472

“Məqsədimiz qızların bütün sahələrdə çalışa bilməsidir”.     

TodayPress xəbər verir ki, bunu STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov Qadın və Qızların Elmdə Beynəlxalq Günü münasibətilə keçirilən tədbirdə deyib.   

Onun sözlərinə görə, hazırda STEAM-da təhsil alan qız şagirdlərinin sayı 47 faizdir:

"Bundan başqa, ölkə ərazisində 21 STEAM mərkəzi fəaliyyət göstərir. Qızların peşə sahələrində aktivliyini artırmaq üçün bir çox layihələr həyata keçirilir. Ötən il keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalında 352 nəfər qadın iştirak edib" deyə o vurğulayıb. 

Töhfə Səməd

tag: STEAM,Azərbaycan,Layihə,Festival,Todaypress.az,