İmtahanlar bitdi, protokolların və materiallarının emalına başlanılacaq
Elm və Təhsil
07.07.2024 15:26
II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə qəbul imtahanı başa çatıb.
TodayPress DİM-ə istinadən xəbər verir ki, iyulun 8-dən etibarən imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda
istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin
iki həftədən sonra elan olunması nəzərdə tutulur.
Bundan başqa, mərkəzdən bildirilib ki, imtahan müddətində 4 nəfərdə mobil telefon aşkarlandığı üçün xaric ediliblər.
Üzərində
mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv
olunur və onlar ixtisas seçiminə buraxılmırlar.
tag: DİM,Abituriyent,Dövlət İmtahan Mərkəzi, Təhsil,Elm, todaypress.az,