İmtahan nəticələri süni intellektlə yoxlanılacaq? – RƏSMİ

Elm və Təhsil

08.04.2025 12:15

18

“Süni intellektlə yazı işinin yoxlanılması beynəlxalq təcrübədə də tam formada təsdiqini tapmadığına görə, istifadə olunmur”.

TodayPress xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov bunu KİV nümayəndələrinin 8 aprel 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların yoxlanılma prosesi”ni müşahidə etmək üçün təşkil olunan mediator zamanı deyib.   

Onun sözlərinə görə, 1 tapşırıq süni intellektlə yoxlanılsa da, mütləq marker də onu yoxlamalıdır:

“Əgər ziddiyət yaranarsa, markerin cavabı daha üstün sayılır. Ümumiyyətlə, süni intellektin etibarlılıq məsələsi elmi cəhətdən təsdiqi tapıldıqdan sonra imtahanların yoxlanılmasına cəlb oluna bilər. Bununla bağlı işlər aparılır”.

Töhfə Səməd

tag: DİM,İmtahan,Sual,Marker,AI,Todaypress.az,