I sinfə qəbul üzrə müsabiqə mərhələsi bəzi məktəblərdə ləğv edilə bilər

Elm və Təhsil

01.05.2025 15:43

15

Daha 6 məktəbdə I sinifə qəbul üzrə müsabiqə mərhələsi ləğv edilə bilər. 

Bu barədə TodayPress-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyində I sinifə qəbul üzrə müsabiqənin keçirilib-keçirilməməsi müraciət sayına əsasən qərarlaşdırılacaq.

tag: Bakı,Təhsil İdarəsi,Sinif,Qəbul,Todaypress.az,