I sinfə qəbul prosesi davam edir

Elm və Təhsil

08.05.2025 12:07

16

Mayın 6-dan etibarən Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsinə start verilib.

Bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

Bu barədə TodayPress-ə MÜTDA-dan məlumat verilib.

Valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə seçimlərini edə bilərlər.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

– Alternativ qeydiyyat mərkəzlərinə

– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

Valideynlərə qeydiyyat, seçim və müsahibə mərhələlərini vaxtında izləmələri tövsiyə olunur.

tag: MÜTDA,Şagird,Qəbul,Proses,Todaypress.az,