I ixtisas qrupu üzrə tələbə qəbulu qaydası dəyişdi

Elm və Təhsil

02.05.2025 15:06

15

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib. 

TodayPress xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. 

İndiyə qədər I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməli idi. 

Qərara əsasən, bu tələb ləğv olunub.

tag: Elm,Təhsil,TƏləbə,Qəbul,Qayda,Todaypress.az,