Hafiz Paşayev: “Tələbələr öz gələcəklərini özləri seçəcək”
Elm və Təhsil
16.12.2024 17:49
“ADA-da 35 proqram hazırda fəaliyyət göstərir. Lakin onlar arasında ən vacibi məhz hüquq üçün nəzərdə tutulandır”.
TodayPress xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev hüquqşünaslıq üzrə magistratura proqramının açılış tədbirində deyib.
Onun sözlərinə görə, bu proqramın indiyə qədər bizdə olmamasının əsas səbəbi, universitet olaraq buna hələ özümüzü tam hazır hiss etməməyimiz idi. Bizdə kadr və lazımı ləvazimatlar olmalı idi. Biz indi “LL.M.”ə tam hazırıq.
“Hüquq hər zaman Azərbaycanda populyar sənəd olub. Tələbələr öz gələcəklərini özləri seçəcək. Lakin bizim vəzifəmiz onları ən yaxşı formada hazırlamaq və onlara xidmət göstərməkdir”.
Töhfə Səməd
tag: Hafiz Paşayev ,ADA ,Hüquq ,Magstr, todaypress.az,