Hafiz Paşayev ADA Universitetinin Şəki kampusunun əsas məqsədini açıqladı
Elm və Təhsil
14.10.2024 12:08
"ADA Universitetinin Şəki kampusu İtaliya-Azərbaycan münasibətlərinə töhfə verir".
TodayPress xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev ali təhsil müəssisəsinin Şəkidə açılan Dizayn və memarlıq fakültəsi ilə əlaqədar konfransda deyib.
Onun sözlərinə görə, burada məqsəd gənc memarlar yetişdirməkdir:
"Bu memarlar gələcəkdə restavrasiya işində öz yerini tutacaq. Xüsusilə də Şəkidə.
Bu layihə yəqin ki, İtaliya-Azərbaycan əlaqələrimizin özəyini təşkil edir. Sadəcə universitetlərdən söhbət getmir. İtaliyanın Azərbaycandakı səfirliyi artıq bir çox ortaq layihəni dəstəkləməyə başlayıb" deyə o, bildirib.
Günəş Mərd
tag: Hafiz Paşayev ,ADA ,İtaliya ,Azərbaycan ,Şəki Kampusu ,todaypress.az,